- Baxış sayı: 8
- 19 Mart 2024 13:25
- Baxış sayı: 76
- Mart 17, 2024
- 0
Millimizin baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçməsində Macarıstan futbolçularına qarşı səfər oyunu öncəsi fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, xorvatiyalı mütəxəssis Budapeştdə təşkil olunan mətbuat konfransında bunu söyləyib:
“Hər 2 komanda üçün vacib oyundur. Macarıstan yığmasının final mərhələsinə vəsiqə qazanmaq imkanını davam edir. Biz isə yüksələn qrafiki davam etdirmək istəyirik. Uels və Xorvatiyaya qarşı yaxşı futbol göstərdik.
3 əsas futbolçumuz müxtəlif səbəblərdən bu oyunda iştirak edə bilməyəcək. Buna baxmayaraq, biz yenə də layiqli oyun göstərmək istəyirik. Macarıstana böyük hörmətlə yanaşırıq”.