Nikola Yurçeviç: Düzgün taktika, motivasiya və konsentrasiya ilə hədəfimizə yetişə bilərik

Bu gün Bakı olimpiya stadionunda millimizin yeni baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirildi. Allsport.az saytı xəbər verir ki, o, xorvatiyalı mütəxəssis təyinatı və qarşıdakı hədəfi ilə bağlı bunu dedi:

“Burda xeyli sayda jurnalist görmək xoşdur. Bilirəm ki, milliyə diqqət böyükdür. AFFA ilə müqaviləm 1-illikdir. Sonra anlaşma daha 2 il uzadıla bilər. Bizə çətin olacaq. Qrup mərhələsində ilk qarşılaşacağımız Xorvatiya yığması FİFA reytinqində 4-cü yerdədir. Azərbaycan millisində isə, vəziyyət ürəkaçan deyil. 

Bakıda “Qarabağ” – “Neftçi” oyununa baxdım. Çox xoşuma gəldi. Yığmanın üzvləri əsasən bu komandalarda cəmləşib. Təlim-məşq toplanışı paytaxtda olacaq. Günləri premyer liqanın təqvimi ilə yaxından tanış olandan sonra bilinəcək.

Sələfim Qurban Qurbanov böyük adddır. Onun Serbiya vurduğu 2 qolu xatırlayıram. Təbii ki, yaxın həftələrdə onunla görüşəcəyəm. O, Azərbaycan futbolunda çox iş görüb, komandasını Avropa və sonradan çempionlar liqalarının qrupuna daşıyıb.

Hədəfimiz Avropa çempionatının final mərhələsinə çıxmaqdır. Düzgün taktika, motivasiya və konsentrasiya ilə istədiyimizə nail ola bilərik. Düzdür, fiziki durumda çatışmamazlıqlar var. Komanda 4-5 gün ərzində eyni səviyyədə 2 oyun oynaya bilmir. Bu problemi həll etməyə çalışacağıq”.

Kamran HACI 

Həmin kateqoriyadan