Nikola Yurçeviç: İlk hissənin sonlarında qol buraxmasaydıq, xal qazana bilərdik

Millimiz AÇ-2020-nin seçmə mərhələsinin “E” qrupunda Zaqrebdə “Maksimir” stadionunda Xorvatiya komandasına 1:2 uduzub. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra baş məqşçimiz Nikola Yurçeviç bunu söyləyib:

“Dünyanın ən güclü komandalarından birinə qarşı oynadıq. Rəqib qrupun mütləq olaraq ən güclü komandasıdır. Bu oyuna ciddi hazırlaşmışdıq. Bəlkə də hissənin sonlarında qol buraxmasaydıq, xal qazana bilərdik. Xalsız qalsaq da, oyunçulardan narazı deyiləm. Xorvatiya FIFA reytinqində 4-cü yerdə qərarlaşıb.

Bu görüş bizim gələcəyimiz, motivasiyamız üçün vacibdir. Azərbaycanda baharın gəlişi münasibətilə bayram qeyd olunur. Biz istəyirdik ki, göstərdiyimiz oyunla və qazandığımız nəticəylə bu bayrama öz töhfəmizi verək. Təəssüf ki, xal qazana bilmədik, amma çalışdıq ki, öz oyunumuzla azarkeşləri sevindirək.

Qarşıdakı müddətdə komanda ilə işləmək üçün çox vaxt olacaq. Ümid edirəm ki, Slovakiya və Macarıstanla oyunlarda daha yaxşı performans göstərəcəyik. Bu görüşlər bizim üçün həlledici olacaq. Optimistəm və inanıram ki, qələbə qazana biləcəyik”. 

Həmin kateqoriyadan