Nikola Yurçeviç milliyə kimləri çağırdı?

Avro-2020-nin seçməsində Uels və Xorvatiya ilə oyunlar üçün millinin heyəti müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, “ay-ulduzlular”ımız sentyabrın 6-da səfərdə qallarla, 9-da paytatxda baş məqşçi Nikola Yurçeviçin həmyerliləri ilə qarşılaşacaq.

Qapıçılar: Səlahət Ağayev (“Neftçi”), Emil Balayev (“Tobol”, Qazaxıstan), Şahruddin Məhəmmədəliyev (“Qarabağ”)

Müdafiəçilər: Maksim Medvedev, Rahil Məmmədov (hər ikisi – “Qarabağ”), Ömər Buludov, Anton Krivotsyuk (“Neftçi”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Şəhriyar  Rəhimov (“Səbail”), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (“Sabah”)

Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Mahir Əmrəli, Araz Abdullayev (“Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Dmitri Nazarov (“Aue”, Almaniya), Cavid Hüseynov (“Zirə”), Rəşad Eyubov (“Sabah”)

Hücumçular: Ramil Şeydayev (“Dinamo”, Rusiya), Rüfət Dadaşov (“Proyssen”, Almaniya), Renat Dadaşov (“Pakuş de Fereyra”, Portuqaliya), Ağabala Ramazanov (“Səbail”).

Həmin kateqoriyadan