Nikola Yurçeviç: Müdafiəmizdə standart vəziyyətlər problemli məsələdir

“Millinin oyununda yüksək ritmlə, sürətlə bağlı çatışmamazlıq var. Futbolçularımız oyunun sürəti ilə ayaqlaşa bilmir. Bu da bir tərəfdən başadüşüləndir. Çünki futbolçuların ölkə çempionatında oynadığı templə Avropa arenasında üzləşdikləri sürətli oyun eyni deyil”.

Allsport.az saytı xəbər verir ki, bu sözü baş məşqçi Nikola Yurçeviç “Azərbaycan radiosu”na deyib. Xorvatiyalı mütəxəssis gələcək oyunlarla da bağlı danışıb:

“Hücumameylli futbol göstərməyə çalışacağıq. Amma müdafiəmizdə sayıqlığı itirməməliyik. Əsas isə, standart vəziyyətlər üçün çalışmalıyıq. Bu, bizim üçün problemli məsələdir. Macarıstan və Slovakiya ilə oyunlarda isə biz əvvəlki matçlarla müqayisədə 20-30 faiz daha artıq hücum futbolu oynayacağıq”.

Həmin kateqoriyadan