Nikolay Adam: Azərbaycanın ən yaxşı nəticəsinə imza atdıq

FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Belarus – Azərbaycan oyunundan sonra milli komandamızın baş məşqçisi Nikolay Adam fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, almaniyalı mütəxəssis komandamızın qalib gəldiyi (1:1, penaltilər 5:4) oyundan sonra bunları söyləyib:

“Bizim üçün oyunun sonu uğurlu alındı. Gərgin oyun keçdi. Rəqib də yaxşı mübarizə apardı. Azərbaycan yığmasının bu turnirdəki ən yaxşı nəticəsinə imza atdıq. Buna görə futbolçularıma, məşqçilər korpusuna, AFFA rəhbərliyinə minnətdaram. Onlar yaxşı nəticə qazanmağımız üçün hər bir şərait yaratdılar. Bizi burada dəstəkləyən azarkeşləri də unutmaq olmaz, onlara da xüsusi təşəkkürümü bildirirəm”.

Həmin kateqoriyadan