Niyaməddin Paşayev İslam oyunlarında çıxış edəcək taekvondoçuların adını açıqlayıb

ATF-in vitse-prezidenti Niyaməddin Paşayev 4-cü İslam oyunlarında ölkəmizi təmsil edəcək millinin heyətini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, Bakı-2017-də 12 idmançı ilə təmsil olunacağını bildirib:

“Komandamız bu yarışlarda 8 kişi və 4 qadın taekvondoçu ilə təmsil olunacaq. Kişilər arasında Qaşım Məhəmmədov (54 kq), Fizam Mehtiyev (58 kq), Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq) və Radik İsaev (+87 kq);

qadınlarda Patimat Abakarova (49 kq), Yarpak Əriş (57 kq), Dərya Şkurko (62 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaqlar”.

Qeyd edək ki, taekvondo yarışları 16-18 mayda Bakı İdman Zalında təşkil olunacaq.

Həmin kateqoriyadan