Nizami Sadıqov: “Mübarizə aparsaq da, səhvlərimiz vardı”

“Turan Tovuz”un baş məşqçisi Nizami Sadıqov Azərbaycan Kubokunun 1/8 final mərhələsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Tovuz klubunun çalışdırıcısı 1:3 hesabıyla uduzduqları oyunla bağlı bunları söyləyib:

“Komandalar arasında fərq böyükdür. Çatışmazlıqlarımız var. Bütün bunlar elita klubları ilə oyunda daha aşkar görünür. Biz bu gün mübarizə aparsaq da, səhvlərimiz vardı. Onları aradan qaldırmağa çalışacağıq”.

Həmin kateqoriyadan