Norveç millisi ilə görüş AFFA-ya 42 584 manat qazandırıb

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində oktyabrın 8-də Bakı olimpiya stadionunda keçirilən Azərbaycan – Norveç oyununa bilet satışından gəlirin məbləği açıqlanıb.

Allsport.az saytı xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası bu görüşün bilet satışından 42 584.00 AZN (ƏDV daxil) gəlir əldə edib.

Həmin kateqoriyadan