Bakı olimpiya stadionunun yaxınlığında körpüdən yıxılan azarkeşin durumu ağırdır

Dünən DÇ-2018-in seçmə mərhələsində keçirilən Azərbaycan – Norveç matçı öncəsi bir azarkeş Bakı olimpiya stadionuna kəsə yolla getmək istərkən, idman qurğusunun yaxınlığında yerləşən körpüdən yıxılıb.

Allsport.az xəbər verir ki, Nahid Zahidov adlı şəxs hazırda reanimasiyadadır. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər. Onun müayinə və müalicə xərclərini isə AFFA öz üzərinə götürüb.

Həmin kateqoriyadan