“Növbəti oyunlarda buraxdığımız səhvləri təkrarlamamalıyıq”

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov premyer liqanın 2-ci turunda “Keşlə” ilə oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları görüşlə bağlı bunu söyləyib:

“İlk 45 dəqiqə ərzində müəyyən epizodlarda biz, bəzi hallarda isə qonaqlar topa nəzarət etdi. Hissənin sonunda buraxdığımız qol oyuna öz təsirini göstərdi. Fasilədən sonra dönüş yaratmağa, daha çox cinahlardan hücum qurmağa çalışdıq.

Rəqib azlıqda qaldıqdan sonra isə böyük qüvvəylə müdafiəyə çəkildi və biz həmin xətti yara bilmədik. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Növbəti oyunlarda buraxdığımız səhvləri təkrarlamamalıyıq”.

Həmin kateqoriyadan