NTD ilk finalçı oldu

“The Club Port Baku”nun idman zalında kişi basketbolçuların 23-cü ölkə çempionatının Yüksək liqasının yarımfinalda növbəti oyunlar keçirilib. Allsport.az saytı xəbər verir ki, gərgin mübarizədə AzTOP ilk matçda məğlub etdiyi “Bakı”ya uduzub.

NTD isə növbəti dəfə “Baku Oilers”ə qalib gəlib. Nəticədə, ardıcıl iki qələbə qazanaraq ilk finalçı olub. AzTOP və “Bakı” isə digər finalçını müəyyənləşdirmək üçün, 3-cü dəfə qarşılaşacaqlar.

Yarımfinal (2-ci oyunlar)

NTD – “Baku Oilers” – 95:64 (2:0, ilk oyun 91:39)
AZTOP – “Bakı” – 57:77 (1:1, ilk oyun 77:69)

Həmin kateqoriyadan