Nümayəndə heyətimiz MOKA-nın baş assambleyasında

Bu gün Qətər paytaxtı Doha şəhərində milli olimpiya komitələrinin assosiasiyasının baş assambleyası öz işinə başlayıb. Allsport.az saytı xəbər verir ki, iclasda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibinin müavini Azər Əliyev və marketinq idarəsinin rəisi Mehman Kərimov təmsil edirlər.

Toplantı çərçivəsində MOKA-nın audit və maliyyə, marketinq, idmançılar, beynəlxalq əlaqələr və tibbi komissiyalarının iclasları keçirilib, məruzə çıxışları dinlənilmişdir.

Həmçinin, gənclər komissiyasının və milli olimpiya komitələrinin assosiyasiyasının icraiyyə şurasının iclası gündəlikdə olan məsələlər sırasındadır. Sonda olimpiya həmrəyliyi komissiyası keçiriləcək.

Həmin kateqoriyadan