Nurəddin Rəcəbov: Paris qran-prisinin nəticəsindən razıyam

Yunan-Roma güləşi üzrə millinin böyük məşqçisi Nurəddin Rəcəbov komandamızın Fransada keçirilmiş qran-pri turniridə çıxışını dəyərləndirib. Allsport.az saytına verdiyi açıqlamada gənc mütəxəssis deyib ki, əsas heyətin tam Parisə yollanmamasına rəğmən, bahadırlarımız cəmdə bütün ümidləri doğruldublar:

«Fransada təşkil olunan yarışın səviyyəsi yüksək idi. Parisə güclü idmançılar toplanmışdır. Qazandığımız nəticədən razıyam. Əsas heyətlə çıxış etmirdik. Bəzi güləşçilərimiz bir çəki yuxarı mübarizə apardılar. Bura baxmayaraq, dünyada aparıgı güləş komandalırından olduğumuzu bir daha çübut etdik».

Xatırladaq ki, «klassiklər»dən ibarət millimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Həmin kateqoriyadan