“Nur” Mingəçevirdə “Gənclərbirliyi”nə böyük hesabla qalib gəlib

Qadın həndbolçuların ölkə çempionatında 14-cü tura start verilib. Allsport.az saytı xəbər verir ki, ilk oyunda “Nur” klubu “Gənclərbirliyi”ni qəbul edib.

Mingəçevirin “Kür” Olimpiya İdman Mərkəzində keçirilən görüş meydan sahibələrinin qələbəsi ilə bitib – 44:18.

Həftə sonu digər görüşlərdə “Azərsu” “Azəryol”la, “İdman Akademiyası” “Qarabağ”la üz-üzə gələcəklər.

Həmin kateqoriyadan