Nuripaşa Talıbov: Hədəfimiz bəllidir

«Uşaqlar yaxşı hazırlaşıblar. Hədəf bəllidir: qələbə qazanmaq. Ümidvaram ki, sabah yaxşı boks gecəsinin şahidi olacağıq». Allsport.az saytı xəbər verir ki, bunu Quba Olimpiya Kompleksində təşkil olunmuş mətbuat konfransında “Baku Fires” klubunun baş məşqçisi Nuripaşa Talıbov dedi.

Dağıstanlı mütəxəssis bildirdi ki, komandasının WSB liqasında qərarlaşdığı 4-cü yer onlara mərhələ adlamağa imkan verir. Üstəlik, məğlub olduqları bəzi döyüşlərdə hakim haqsızlıq edib.

Qeyd edək ki, “Baku Fires” sabah saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının 6-cı turunda “Puerto Riko Hurricanes” klubu ilə qarşılaşacaq.

Həmin kateqoriyadan