Nurlan Aslanov Kunq Fu federasiyasına prezident seçilib

Kunq Fu federasiyasının seçki-hesabat konfransı keçirilib. Səsvermədə üstünlük qazanan Nurlan Aslanov qurumun prezidenti seçilib. Allsport.az saytı xəbər verir ki, onu  konfrans iştirakçılarına gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim edib.

Nurlan Aslanov 2000-2001-ci ildən kunq fu idman növü ilə məşğuldur. Dünya çempionu və Avropa çempionatının gümüş mükafatçısıdır. Ölkə prezidenti tərəfindən fəxri fərmanla təltif olunub.

Həmin kateqoriyadan