Nurlan Novruzov Türkiyə klubu ilə müqavilə imzaladı

Azərbaycanlı hücumçu Nurlan Novruzov Türkiyənin “Elazığspor” klubuna keçib. Allsport.az xəbər verir ki, son mövsümdə Premyer Liqamızın bombardiri olmuş futbolçu PTT 1-ci Liqa təmsilçisi ilə 1+1 sistemi ilə müqavilə imzalayıb.

Qeyd edək ki, son mövsümdə bu komandada daha bir futbolçumuz – Cavid İmamverdiyev də çıxış edirdi.

Həmin kateqoriyadan