Obradoviç “obradovat” edəcəkmi?

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə baş məşqçisi vəzifəsinə namizəd açıqlanıb. Allsport.az saytı xəbər verir ki, AFFA-nın məşqçilər komitəsinin və baş katibliyin birgə fəaliyyəti çərçivəsində müxtəlif mütəxəssislərin namizədliyi müzakirə olunub və həmin şəxslərlə görüşlər keçirilib.

Hazırda U-21-in baş məşqçisi vəzifəsinə namizəd serbiyalı mütəxəssis Milan Obradoviçdir. Bütün şərtlərlə bağlı qarşılıqlı razılıq əldə ediləcəyi təqdirdə, Azərbaycan U-21 millisinin baş məqşçisi vəzifəsi ona həvalə olunacaq.

U-21 millisinə bundan əvvəl “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov başçılıq edirdi.

Həmin kateqoriyadan