“Odlar yurdu” Avropa kubokunda rəqiblərinə od saçdı

Serbiyanın Novi Sad şəhərində şahmat üzrə klublar arasında Avropa kuboku start götürüb. Allsport.az saytının məlumatına görə, yarışda ölkəmiz kişi və qadınlardan ibarət “Odlar yurdu” komandaları ilə mübarizə aparır. Sevindiricidir ki, təmsilçilərimiz mücadiləyə qələbə ilə başlayıblar.

Avropa kuboku, 1-ci tur

Kişilər

“The Smashing Pawns Bieles” (Lüksemburq) – “Odlar yurdu” – 0:6

1. Rik Frişman – Rauf Məmmədov – 0:1
2. Simon Kommerson – Teymur Rəcəbov – 0:1
3. Akim Vild – Qədir Hüseynov – 0:1
4. Kristian Yetz – Arkadi Naydiç – 0:1
5. Flip Linster – Eltac Səfərli – 0:1
6. Robert Jake – Nicat Abbasov – 0:1

Qadınlar

“Odlar yurdu” – “Rishon the Lion” (İsrail) – 3,5:0,5

1. Günay Məmmədzadə – Maksim Yefriomski – 0.5:0.5
2. Məmmədova Gülnar – Miçal Lahav – 1:0
3. Kazımov Nərmin – Maka Mdivani – 1:0
4. Aydan Höccətova – Adi Federovski – 1:0

Həmin kateqoriyadan