“Odlar Yurdu Azərbaycan” qar polosu üzrə “Deutsche Bank Challenge” kubokuna sahibi olub

İsveçrənin Moritz şəhərində qar polosu üzrə sayca 34-cü dünya kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda “Odlar Yurdu Azərbaycan” da iştirak edib.

İlk görüşdə “Maserati” komandasına 1.5-2 hesabı ilə uduzsa da, “Cartier”i 3.5- 2 üstələyib. Növbəti mübarizədə bizimkilər “Badrutt’s Palace” poloçuları üz üzə gəliblər.

İlk oyunda məğlub olan “Odlar Yurdu Azərbaycan” əvəz matçında uğurlu çıxış edərək 9-4 hesabı ilə qalib gəlib, bu görüşün qalibi üçün nəzərdə tutulmuş “Deutsche Bank Challenge” kubokuna sahibi olub.

 

Həmin kateqoriyadan