“Odlar Yurdu” ilə Avropa klub komanda çempionatına

Antalyada kişi və qadın şahmatçıların Avropa klub komanda çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, hər 2 yarışda ölkəmiz “Odlar Yurdu” təmsil edəcək.

Kişilərin qrupunda 35 komandanın çıxışı gözlənilir. Bizdən heyətə Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, Nicat Abbasov və Azər Mirzəyev daxildirlər.

Qadın komandamız bu tərkibdədir: Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Aydan Höcətova, Xanım Balacayeva və Zeynəb Məmmədyarova. Qadınların qrupunda 12 komanda toplanıb.

Oktyabrın 7-dən 15-dək İsveçrə sistemi üzrə keçiriləcək Avropa klub kuboku 7 dövrədən ibarətdir. Kişilərin hər birində 6 əsas və 2 ehtiyat, qadın komandalarında 4 əsas və 1 ehtiyat oyunçu var.

Vaxta nəzarət: ilk 40 gediş üçün 90 dəqiqə, sonra birinci gedişdən başlayaraq hər gedişə 30 saniyə əlavə olunmaqla partiyanın sonuna qədər 30 dəqiqədir.

Həmin kateqoriyadan