- Baxış sayı: 78
- 06 Aprel 2024 15:55
- Baxış sayı: 43
- Aprel 18, 2024
- 0
18-20 sentyabrdaAtçılıq federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri, Binə qəsəbəsində yerləşən “Binə Atçılıq Mərkəzi”-nin açıq manejində atçılığın konkur növü üzrə “Odlar Yurdu Kuboku” adlı CSI2* kateqoriyalı beynəlxalq turnir keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, yarışa Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Polşa, Ukrayna, İran və s. ölkələrin idmançılarının iştirakı gözlənilir. Yarışlarda ümumilikdə 25-ə yaxın idmançı və 50-ə yaxın at iştirak edəcək.
Turnirə Azərbaycan, Türkiyə, Bolqarıstan və İrandan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Turnirin ümumi mükafat fondu 44000 AZN təşkil edir. Yarışlar hər gün saat 12:00 da başlayır.