“Odlar Yurdu” kubokuna yekun vurulub

Atçılıq İdmanının Konkur növü Üzrə CSI2* kateqoriyalı “Odlar Yurdu Kuboku”adlı beynəlxalq turnirə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 18-20 sentyabrda Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri, Binə qəsəbəsində yerləşən “Binə Atçılıq Mərkəzi”-nin açıq manejindəki yarışda Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, İtaliya və Almaniya idmançıları iştirak ediblər.

Yarışa Azərbaycan, Türkiyə, Bolqarıstan və İrandan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edib. Ümumi mükafat fondu 44000 AZN təşkil edən turnirdə aşağıdakı nəticələr qeydə alınıb:

18 Sentyabr

125 sm-lik maneələrə qarşı

1.“Aco’s first boy” ləqəbli atla Rahib İsmaylov

2.“Raritet” ləqəbli atla Gürcüstanlı Şalva Qaçeçiladze

3.“Cissy” ləqəbli atla Seyid Musayev

 

135 sm-lik maneələrə qarşı

1.“Woodie” ləqəbli atla Elmar Abdullayev

2.“Chewing Gum” ləqəbli atla Gürcüstanlı Şalva Qaçeçiladze

3.“David” ləqəbli atla Elmar Abdullayev

19 Sentyabr

 

130 sm-lik maneələrə qarşı

1.“Aco’s first boy” ləqəbli atla Rahib İsmaylov

2.“Welga” ləqəbli atla Rahib İsmaylov

3.“Casandra MNM” ləqəbli atla İtaliyalı Rosella di Simone

 

140 sm-lik maneələrə qarşı

1.“Chewing Gum” ləqəbli atla Gürcüstanlı Şalva Qaçeçiladze

2.“Bil Klinton” ləqəbli atla Seyid Musayev

3.“ConCorde 57” ləqəbli atla Kənan Novruzov

 

20 Sentyabr

145 sm-lik maneələrə qarşı:

1,“Zidane D” ləqəbli atla Almaniyalı Andreas Ripke

2.“David” ləqəbli atla Elmar Abdullayev

3.“Tall boy MNM” ləqəbli atla Andreas Ripke

Həmin kateqoriyadan