“2:1 öndə olduğun oyunu yekunda 2:3 hesabı ilə uduzmaq çox üzücüdür”

“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun türkiyəli çalışdırıcısı 2:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Meydana qələbə qazanmaq üçün çıxmışdıq. İstəyimiz çox idi. “Qarabağ” kimi komandaya 2:1 qalib gəldiyin oyunu yekunda 2:3 hesabı ilə uduzmaq çox üzücüdür. Qollar buraxmaq bizim üçün xoş məqam deyil. Yenə səhvlər var idi. Biz müdafiə xəttini gücləndirməliyik”.

Həmin kateqoriyadan