Oğuz Çətin özünə yeni iş yeri tapdı

Bir neçə gün öncə “Xəzər Lənkəran”ın baş məşqçi postundan ayrılan Oğuz Çətin özünə yeni iş yeri tapıb. Allsport.az saytı xəbər verir ki, 51 yaşlı türkiyəli mütəxəssis bundan sonra “TRT Spor” telekanalında çalışacaq.

Belə ki, “ağ-yaşıllar”ın sabiq çalışdırıcısı adıçəkilən televiziyada yayımlanan “Futbol Arenası” verlişində şərhçi olacaq.

Türkiyəli mütəxəsis burada “Sivasspor”a yenicə baş məşqçi təyin olunan Sərgən Yalçını əvəzləyəcək. Proqramın digər şərhçisi isə sabiq referi Ərman Toroğludur.

Həmin kateqoriyadan