Oğuzda açıq regionlar kuboku

Oğuz olimpiya idman kompleksində kiçik yaşlı yeniyetmə cüdoçuların beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizin 37 klubunun cüdoçuları ilə yanaşı Gürcüstan idmançıları da iştirak ediblər.

ACF-in dəstəyi ilə keçirilən açıq birincilikdə 350 nəfər mübarizə aparıb. Regionlar kubokunu respublika dərəcəli hakimlər briqadası idarə edib. 11 çəki dərəcəsində fərqlənən yeniyetməyə diplomlar və medallar təqdim olunub.

Həmin kateqoriyadan