Oleq Stepko “World Challenge Cup”ın qızıl medalını qazandı

İdman gimnastikası üzrə “World Challenge Cup”ın növbəti mərhələsində Azərbaycan gimnastı Oleq Stepko qızıl medal qazanıb. Allsport.az xəbər verir ki, alətlərdə finallar dünən Qatarın paytaxtı Dohada yekunlaşıb.

Gimnastımız Oleq Stepko rəqiblərini üstələyərək parallel qollarda birinci yerdə qərarlaşdı. Bu kateqoriyada gümüş medal Kolumbiyadan olan iştirakçıya nəsib oldu, Rumıniyadan olan gimnast isə 3-cü yeri qazandı.

Qeyd etməyə dəyər ki, bu, belə növ yarışda qazandığımız ilk qızıl medaldır.

Həmin kateqoriyadan