Olimpiadaya lisenziya xalları verən yarışda 5 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıblar

Yeniyetmə cüdoçularımız Tunisdə 15 medal qazandılar. Allsport.az saytı xəbər verir ki, Afrika kuboku Argentinada keçiriləcək bu yaş qrupu üzrə olimpiadaya lisenziya xalları verir. Millimiz Aralıq dəzini sahili ölkədə 5 qızıl, 6 gümüş və 4 bürünc medala sahiblənib.

Vüsalə Kərimova (44 kq), Aytac Qardaşxanlı (48 kq), Mirağa Hacıyev (50 kq), Vüqar Talıbov (66 kq), Yaqub İsmayılzadə (90 kq) bütün rəqiblərinə qalib gəliblər.

Səbinə Əliyeva (48 kq), Ülviyyə Bayramova (52 kq), Südabə Ağayeva (63 kq), Nicat Məmmədli (50 kq), İbrahim Ağakişiyev (81 kq), Toğrul Salmanov (+90 kq) 2-ci, Fəridə Səfərova (52 kq), Zaməddin Poladov, Nəriman Mirzəyev ( hər ikisi – 60 kq) və Hacıbala Cəbrayılov (73 kq) 3-cü olublar.

Həmin kateqoriyadan