“Olimpiakos”un futbolçusu “Zirə”də

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, komandamız Anastasios Papazoğlu ilə anlaşıb. 30 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb. 

Yunanıstanlı futbolçu bundan öncə “Panserrakios”(Yunanıstan), “Olimpiakos” (Yunanıstan), APOEL (Kipr), “Ksanti” (Yunanıstan), “Panetolikos” (Yunanıstan), “Apollon” (Yunanıstan) və OFİ (Yunanıstan) klublarında çıxış edib.

Həmin kateqoriyadan