Olimpiya çempionları ölkə boyu Bakı-2015-in təbliğat tədbirlərinə başlayacaqlar

Azərbaycan Bakı-2015-ə böyük səylə hazırlaşır. Allsport.az saytı xəbər verir ki, yaxın aylarda tikilən və yenidən qurulan bütün idman qurğuları tam hazır vəziyyətdə olacaq. Əldə etdiyimiz məlumata görə, qarşıdakı aylarda idman camiyəsi bir araya gələrək, ölkənin bütün şəhər və rayonlarında ilk Avropa oyunlarının təbliğat tipli tədbirlərə qoşulacaqlar.

Olimpiya çempionlarımız və yüksək titullu idmançılarımız Odlar yurdunun bütün hüdudlarında Azərbaycan bayrağını dalğalandıracaq, onu bir-birlərinə ötürəcəklər. Yarışın açılışında Olimpiya məşəlini hansı xoşbəxtə həvalə olunacağı isə sirr olaraq qalır.

Həmin kateqoriyadan