ÖZƏL
Olimpiya çempionlarımız yeni mövsümdən mübarizəyə atılırlar

«Olimpiya çempionlarımız daim nəzarətimizdədir. Biz onları gözdən qoymuruq. Yanvarın 6-dan 24-ə kimi Kislovodskda təlim-məşq toplanışımız olacaq. Bu hazırlığa hər 2 güləşçi qatılacaq».

Bu açıqlamanı allsport.az saytına AGF-in vitse-prezidenti Məhəmməd Əliömərov dedi. Sərbəst güləş üzrə mütəxəssis bildirdi ki, artıq bu idmançıların gələn mövsüm iştirak edəcəkləri ilk yarış bəllidir:

«Olimpiya çempionlarımız bizim liderlərimiz, qəhrəmanlarımızdırlar. Sözsüz ki, onlar da gərgəyə qoşulacaqlar. Toğrul Əsgərov yanvarın 31-də Fransada start götürəcək qran-pri turnirində mübarizə aparacaq.

Şərif Şərifova gəlincə, o, 5-7 martda Minskdə Aleksandr Medvedin şərəfinə keçiriləcək beynəlxalq turnirdə çıxış edəcək. Hər şey Güləş federasiyasının nəzarətindədir. Diqqətimizdən heç nə yayınmır».

Həmin kateqoriyadan