Olimpiya çempionu: Gənc güləşçilərimiz dövlətin daim onların arxasında dayandığını hiss edir

Bu gün Gənclər və İdman Nazirliyində İranın Kirmanşah şəhərində keçirilən dünya kubokunda 3-cü yer tutan sərbəst güləşçilərimizlə görüş keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbirdə iştirak edən AGF-in vitse-prezidenti Namiq Abdullayev gənc bahadırlarımızın şəninə tərif dedi:

«Komandamız Kirmanşaha əsas heyətlə yollanmamışdı. Buna rəğmən, ehtiyat qüvvə ümidləri doğrultdu. Gənclərimiz inamla güləşdilər. Onlar bizim kimi hər zaman hiss edirlər ki, ölkə başçısı cənab İlham Əliyev, Gənclər və İdman Nazirliyi, eləcə də Güləş federasiyası onların arxasında dayanır, daim diqqət və dəstəyini göstərir».

Həmin kateqoriyadan