Olimpiya çempionu Lüdmila Şubina avtomobillə paytaxtda 3 rayon sakinini vurub

Yasamal rayonunda bir ailənin üzvünü maşın vurub. Allsport.az saytı xəbər verir ki, hadisə Füzuli küçəsində qeydə alınıb. 68 yaşlı Lüdmila Şubina idarə etdiyi “Xonda” markalı şəxsi avtomobili ilə Gəncədən Bakıya qonaq gələn Namiq Məmmədov həyat yoldaşı 29 yaşlı Ülkər Məmmədova və 3 yaşlı uşaqları Hüseyni vurub. Hadisədən sonra sürücü özü yaralıları xəstəxanaya çatdırıb.

Yenicag.az-ın məlumatına görə, həkimlər Ülkər və oğlunun vəziyyətini ağır kimi qiymətləndirib. Namiq Məmmədov isə ilkin tibbi yardımdan sonra amblator müalicəyə buraxılıb. Sürücünün ifadəsini polis alandan sonra sərbəst buraxıb. Avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla əlaqədar araşdırmalara başlanılıb. Qeyd edək ki, Lüdmila Şubina Monreal-1976-da həndbol üzrə olimpiya çempionu olub.

Həmin kateqoriyadan