YENİLƏNİB
Yuliya Ratkeviçdən bürünc mükafat

ABŞ-ın Las Veqas şəhərində güləşçilər arasında dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, 4-cü yarış günündə 55, 58, 63 və 75 kq çəki dərəcəsində qadın, 65 kq çəkidə sərbəst güləşçilər çıxış edirlər. Azərbaycan güləşçiləri 4 çəki dərəcəsində mübarizə aparırlar.

Ümumilikdə, bizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq), Mariya Stadnik (48 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc medal qazanıblar.

Məlumat üçün bildirək ki, Las Veqasda keçirilən dünyanın ən güclülərinin yarışı Rio-2016-ya vəsiqə verir. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadınlarda 48, 53, 58, 63, 69 və 75 kq, «sərbəstlər»də 57, 65, 74, 86, 97 və 125 kq çəkilərdə ilk 5 yeri tutan idmançılar olimpiadada birbaşa iştirak hüququna yiyələnirlər.

55 kq 
1/8 final – Qianyu Pang (CHN) – Nataliya Sinişin

58 kq
1/16 final – Nataliya Golts (RUS) – Yuliya Ratkeviç 0:4
1/8 final – Yuliya Ratkeviç – Tetyana Lavrençuk (UKR) 6:0
1/4 final – Yuliya Ratkeviç – Aiym Abdildina (KAZ) 7:5 (Olimpiadaya lisenziya qazandı)
1/2 final – Yuliya Ratkeviç – Petra Maarit Olli (FİN) 6:8
Bürünc medal görüşü – Malin Yohanna Mattsson (SWE) – Yuliya Ratkeviç 0:4

63 kq
1/16 final – Anita Anita (İND) – Nadya Muşka Sementsova 9:1

65 kq – sərbəst güləş
1/32 final – Toğrul Əsgərov – Sayatbek Okassov (KAZ) 7:2
1/16 final – Devid Safaryan (ARM) – Toğrul Əsgərov 2:8
1/8 final – Aftandil Kentçadze (GEO) – Toğrul Əsgərov 2:9
1/4 final – Frank Çamizo Marquez (İTA) – Toğrul Əsgərov 10:5
Təsəlliverici görüş – Maqomedmurad Qadjiyev (POL) – Toğrul Əsgərov 3:12 (Olimpiadaya lisenziya qazandı)
Bürünc medal görüşü – Toğrul Əsgərov – Seyidahmed Mohammadi (İRİ) 5:15

Həmin kateqoriyadan