Olimpiya çempionunu udsa da, medal qazana bilmədi

Tokioda «Böyük dəbilqə» beynəlxalq turniri davam edir. Allsport.az saytının məlumatına görə, bu yarışda iştirak edən Azərbaycan millisinin hesabında hələ ki, medal yoxdur.

Ayın 5-də, ilk mübarizə günündə fərqlənə bilməyən cüdoçularımız, dünən uğursuz çıxış ediblər. Təmsilçilərimizdən mükafat qazanmağa Rüstəm Orucov (73 kq) yaxın olub.

O, birinci tutaşmada gürcüstanlı olimpiya çempionu Laşa Şavdatuaşvilini rəqabətdən kənarlaşdırıb. Sonra ipponla yerli idmançı Yuki Nişiyamunu üstələyib. 1/2 finada cüdoçumuz digər yaponiyalı Xiroyuki Akimotoya uduzub. Təsəsüf ki, Rüstəm Orucov bürünc medal uğrunda mübarizədə koreyalı Çan-Qrim Anuya da məğlub olub.

Bu çəkidə çıxış edən digər həmyerlimiz Hüseyn Rəhimli ilk qarşılaşmada yerli Şoşe Onoya yenilib. Abdulhaqq Rəsullu (81 kq) ispaniyalı Daniel Qonsalesə qalib gəlsə də, gürcüstanlı Avtandil Srikişviliyə uduzaraq, rəqabəti dayandırıb.

Həmin kateqoriyadan