Olimpiya dərəcəli güləş hakimlərimiz seçim yarışlarında

Olimpiya dərəcəli hakimlərimiz sınaq yarışlarında iştirak edəcəklər. Allsport.az saytı xəbər verir ki, Hicran Şərifovla İntiqam Alıyev 11-14 iyulda İstanbulda sərbəst güləş üzrə dünya və Avropa çempionu Yaşar Doğonun xatirəsinə reytinq xarakterli yarışda ədaləti qoruyacaqlar.

Avropa oyunlarında ölkəmizi təmsil edən Asif Şirəliyev yenə Minskə yollanacaq. O bu dəfə belaruslu olimpiya çempionu Oleq Karayevin xatirəsinə keçiriləcək (26-28 iyul) turnirdə yer alacaq.

Bu ilin əvvəlində İ-S dərəcəsi alan Sədi Quluyev isə, 23-25 mayda İtaliyanın Sassari şəhərində Matteo Pellikone memorialında referilik edib. Sözü gedən yarışların nəticəsində yaxşı qiymət alanlar 14-22 sentyabrda Qazaxıstan paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına dəvət alacaqlar.

Həmin kateqoriyadan