Olimpiya mükafatçımız yarımfinalda!

Almaniyanın Hamburq şəhərində kişi boksçuların dünya çempionatında 1/4 final mərhələsi başlayıb. Allsport.az saytı xəbər verir ki, günün ilk döyüşlərində millimizin 1 üzvü rinqə çıxıb.

Kamran Şahsuvalı (75 kq) kolumbiyalı Xorxe Vivas Palasiosla üz-üzə gəlib. Döyüş 3:2 (27:30, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə olimpiya mükafatçımızın xeyrinə başa çatıb. O, yarımfinala yüksəlməklə, ən azı, bürünc medalı özünə təmin edib.

Həmyerlimiz avqustun 31-də baş tutacaq 1/2 finalda qazaxıstanlı Abilxan Amanqulla qarşılaşacaq. Günün 2-ci sessiyada dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) da rinqə çıxacaq. O, yarımfinala vəsiqə üçün Camili-Dini Aboudo-Moindze (Fransa) ilə döyüşəcək.

Həmin kateqoriyadan