Olimpiya növləri üzrə ölkə birinciliyi davam edir

Beynəlxalq Velosipedçilər İttifaqının milli çempionatlar haqqında reqlamentinə uyğun olaraq, olimpiya növləri üzrə müxtəlif yaş qrupları arasında ölkə çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün gənc qoşaçarxçılar Xızıda 132 km məsafəyə qrup ötüşməsində mübarizə aparıblar.

Məsafəni hamıdan tez qət edən 8 saylı Olimpiya İdman Məktəbinin velosipedçisi Mikayıl Səfərli 4 saat, 3 dəqiqə, 31 saniyə göstərici ilə 1-ci yeri tutub. “Lokomotiv” klubunun üzvü Kərim Şirəliyev çempiona 3 saniyə uduzmaqla 2-ci olub. İlk 3-lüyü isə 8 saylı Olimpiya İdman Məktəbinin digər velosipedçisi Maksim Naperstkov tamamlayıb – 4 saat, 4 dəqiqə.

Qeyd edək ki, olimpiya növləri üzrə Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqı tərəfindən tərtib olunan idmançıların reytinq siyahısında öz əksini tapır.

Gənclər arasında qrup ötüşməsi üzrə Azərbaycan çempionatı
132 km

1. Mikayıl Səfərli (8OEQİUGM) – 04:03:31
2. Kərim Şirəliyev (Lokomotiv) – 04:03:34
3. Maksim Naperstkov (8OEQİUGM) – 04:04:00

Həmin kateqoriyadan