“Olimpiya oyunlarında bayrağımızı qaldırmaq istəyirəm”

“2015-ci il mənim üçün uğurlu oldu. Mən birinci Avropa Oyunlarında qızıl medal qazandım”. Allsport.az xəbər verir ki, bu sözü AZƏRTAC-a müsahibəsində tanınmış boksçu Teymur Məmmədov deyib.

Boksçu bildirib: “2016-cı ildə ilk məqsədim Türkiyənin Ankara şəhərində keçiriləcək lisenziya xarakterli turnirdə Rio Olimpiadasına vəsiqə qazanmaqdır. Mənim çəkimdə 3 lisenziya var. Olimpiya Oyunlarında iştirak edib bayrağımızı qaldırmaq istəyirəm”.

T. Məmmədov Azərbaycanda idmançılar üçün hər cür şərait yaradıldığını qeyd edib. “Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Prezidentimiz çox gözəl insan olmaqla yanaşı, həm də böyük siyasətçidir. Dövlətimizin başçısı idmançılara hər zaman dəstək olur. Bizə sadəcə məşq edib uğur qazanmaq qalır”,- deyə Teymur Məmmədov əlavə edib.

O, həmçinin vurğulayıb ki, hazırda “Rabitə” klubunun üzvüdür və yığma komandanın tərkibində məşqlər keçir. T.Məmmədov yığma komandadakı yerinin onu qane etdiyini də deyib.

Həmin kateqoriyadan