Olimpiya oyunlarında bizə rəqib olan atletə 8,5 illik həbs cəzası

Niderlandlı atlet Madiya Qafur narkotik qaçaqmalçılığına görə 8,5 il müddətinə azadlıqdan məhrum edilib. Allsport.az xəbər verir ki, idmançı narkotiki hardan əldə etdiyini açıqlamayıb. 27 yaşlı idmançı özünü günahkar hesab etmədiyini və hökmdən şikayət edəcəyini bildirib.  

İyunun 18-də Almaniyadan Niderlanda narkotik keçirmək istəyən Qafur sərhəddə saxlanılmışdı. Onun avtomobilində 50 kiloqram metamfetamin və ekstazi aşkarlanmışdı.

Xanım sprinter Rio-2016 oyunlarında atletlərimizə rəqib olub.

Həmin kateqoriyadan