“Olimpiya” – “Qarabağ” oyunu belçikalı hakimə tapşırılıb

“Qarabağ”ın çempionlar liqasının ilk ələməsində Sloveniyanın “Olimpiya” klubuna qarşı keçirəcəyi ilk görüşün hakimləri məlum olub. Allsport.az saytı xəbər verir ki, matçı Belçikadan olan referilər idarə edəcəklər. İlk oyun iyulun 11-də Lüblyanada, cavab oyunu ayın 18-də paytaxtda olacaq.

Çempionlar liqası
1-ci təsnifat mərhələsi

11 iyul

22:00. “Olimpiya” – “Qarabağ”
Baş hakim: Lourens Visser, Karel De Roker, Co De Vayrd, Bram Van Drişe (hamısı Belçika).
Hakim-inspektor: Paulius Maljinskas (Litva).
UEFA nümayəndəsi: Çarls Con Qrandi (Şimali İrlandiya).

Həmin kateqoriyadan