“Olimpiya ümidləri” yarışında “Qara qaplan” 1-ci, “Zirvə” 2-ci və “Arpaçay” 3-cü olub

Milli tankçı qəhrəman Albert Aqarunovun 50-illik yubileyinə karate üzrə “Olimpiya ümidləri” beynəlxalq uşaq turniri başa çatıb. Allsport.az saytı xəbər verir ki, “Sərhədçi” olimpiya idman mərkəzində 25 qızıl, 20 gümüş və 25 bürünc medal qazanan “Qara qaplan” klubu 1-ci yeri tutub. 8 qızıl və 2 bürünc mükafata sahib olan “Zirvə” 2-ci, 7 qızıl, 10 gümüş və 24 bürünc medal əldə edən “Arpaçay” klubu isə yarışı üçüncü pillədə tamamlayıb.

Tədbirə gənclər və idman nazirliyi, karate-do federasiyaları assosiasiyası, milli karate federasiyası, veteran tankçılar birliyi və Azərbaycan dağ yəhudiləri dini icmasının birgə təşkilatçılıq ediblər.
Turnirdə Azərbaycandan başqa, Özbəkistan, Türkmənistan və Ukraynadan 30 regionu təmsil edən 65 klubun tərkibində 734 aşağı yaşlı karateçi mübarizə aparıb.

Həmin kateqoriyadan