Oliver Norvud: Azərbaycanla oyunda hədəfimizə çatmağın mümkünlüyünü hamı gördü

Şimali İrlandiya millisinin yarımmüdafiəçisi Oliver Norvud Dünya Kuboku-2018-in seçmə ələməsində Azərbaycan üzərində qazandıqları 4:0 hesablı qələbədən və final mərhələsinə yollanmaq şanslarından danışıb. Allsport.az saytı xəbər verir ki, o, imkanı belə dəyərləndirib:

“Hədəfimizə çata bilərik. Azərbaycan yığması ilə oyunumuzu gördünüz. Bu rəqib bizimlə oyuna qədər qol buraxmamışdı. Amma biz onları böyük hesabla məğlub etdik. Çex Respublikası yığması da yaxşı komandadır.

Almaniya millisinin qrup qalibi olacağı şübhə doğurmur. Onları bundan məhrum edəcək kimisə görmürəm. İndi biz ikinci pillədəyik və bu mövqeyimizi qorumaq üçün qarşıdakı oyunlarda bacardığımız qədər çox xal toplamalıyıq”.

Həmin kateqoriyadan