Ölkə başçısı Radik İsayevi olimpiya çempionu olması münasibəti ilə şəxsən təbrik edib

Ölkə başçısı İlham Əliyev avqustun 21-də Rio-2016-da qızıl medal qazanan taekvondoçumuz Radik İsayevə zəng edib. Allsport.az saytı president.az-a istinadən xəbər verir ki, o, idmançımızın bu inamlı qələbəsinə bütün Azərbaycan xalqınının sevindirdiyini deyb.

Cənab prezident bildirib ki, Radik İsayev əvvəllər də öz çəkisində dünyada ən güclü oduğunu sübut edib. O, indi də olimpiya çempionuğunu qazanıb. İlham Əliyev itaekvondoçumuzu səmimi qəlbdən təbrik edib, ona yeni-yeni uğurlar və qələbələr arzu edib. Dövlət başçısı onun təbriklərini idmançının məşqçisinə də çatdırmağı xahiş edib.

Radik İsayev təbriklərə görə dərin təşəkkürünü bildirib. Qeyd edib ki, bu qələbəni prezident İlham Əliyevin Azərbaycanda idmana göstərdiyi böyük diqqət və qayğı nəticəsində əldə etmək mümkün olub.

Həmin kateqoriyadan