Ölkə birinciliyi, şəhər çempionatı və ilk dəfə bölgələrarası kubok mübarizəsi

11-12 dekabrda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ölkə birinciliyi, şəhər çempionatı, həmçinin ilk dəfə olaraq bölgələrarası kubok mübarizəsi keçiriləcək. Bu il yarışlarda rekord sayda – 112 nəfər iştirak edəcək. Regionlar burada fəallıq nümayiş etdiriblər. Beləki, rəqabətdə Göyçay, Kürdəmir və Qusardan olan gimnastlar da ən yaxşı ad uğrunda qüvvələrini sınayacaqlar.

Yarışlar 1999-2001, 2002-2003, 2002-2006-cı il təvəllüdlü gimnastlar arasında keçiriləcək. Gimmastlar lent, gürzlər, top və halqa ilə, həmçinin alətsiz çıxış edəcəklər. İdmançılar maraqlı çıxış proqramı da hazırlayıblar. Bundan əlavə, gimnastika həvəskarlarını böyük gimnastların iştirakı ilə əyləncəli nümunəvi çıxışlar da gözləyir. Yarışlar saat 09:00-da başlayacaq.

Həmin kateqoriyadan