Ölkə çempionatı başlayır. İlk dəfə 2 əyalət klubu ilə

Oktyarbrın 10-da basketbol üzrə 27-ci ölkə çempionatına start verilir. Allsport.az saytı xəbər verir ki, yarışda 8 komanda – “Atletik”, “Atom”, “Zirvə Astara”, “Gəncə”, “Sərkərdə”, “Sıçrayış”, “80-lər”, “Xırdalan” iştirak edəcəklər. Çempionatın təntənəli açılışı oktyabrın 10 saat 19:30 “Sərhədçi” olimpiya idman mərkəzində olacaq.

Açılış mərasimi və ardınca “Gəncə BK” – “Zirvə Astara” oyunu “CBC Sport” kanalında canlı yayımda göstəriləcək.

10 oktyabr: 20:00 – “Gəncə” – “Zirvə Astara” (“Sərhədçi” OİM)
12 oktyabr: 12:00 – “Sərkərdə”- “Atom” (Texniki universtitetin idman zalı)

Həmin kateqoriyadan