Ölkə çempionatında 8 komanda mübarizə aparacaq

Bazar günü kişi basketbolçular arasında 12-ci ölkə çempionatı başlayacaq. Allsport.az saytı xəbər verir ki, ötən mövsüm maraqsız keçən yarışın bu dəfə əvvəlki gücünü nisbətən qaytaracağını ehtimal edilir. Buna səbəb komandaların sayının artması və çempionluq  rəqabətinin gərginləşəcəyidir.

8 kollektivin mübarizə aparacağı çempionata “Bakı”, “Dərviş” və “Baku Oilers” debütantdır. “Araz-Naxçıvan”la NTD isə yenidən yarışa qatılmağa qərar verib. Ötən ilki rəqabətin çempionu “Qala” ilə yanaşı, AzTOP və BDU-da iştiraklarını təsdiqləyiblər.

Təəssüf ki, keçən mövsümünün gümüş medalçısı “NTL-Maxxis”, bürünc mükafatçısı “Gəncə” və autsayteri AzDBTİA klubları bu yarışda oynamayacaqlar. Yüksək liqanın oyunları “The Club Port Baku”nun idman zalında keçiriləcək.

Həmin kateqoriyadan