Ölkə çempionatlarında yeni rekord

“Qarabağ” ölkə çempionatlarında tarix yazıb. Allsport.az saytı xəbər verir ki, Qurban Qurbanovun komandası bunu 9-cu turunda “Səbail”lə görüşdə rəsmiləşdirib. 1:0 hesabı ilə qalib gələn Ağdam klubu yenilgisiz oyunlar seriyasını 29-a çatdırıb.

Cari mövsümün heç bir görüşündə uduzmayan “köhlən atlılar” ötən çempionatın son 20 matçında da məğlub olmayıb. 2018-ci il oktyabrın 28-də keçirilən 8-ci turun “Neftçi” ilə səfər qarşılaşmasından (1:3) sonra son çempion 23 qələbə qazanıb və 6 heç-heçə edib. 

Bu, texniki nəticələr nəzərə alınmamaqla Azərbaycan çempionatları tarixinin yeni rekordudu. Bunadək ən yüksək göstərici 1997-98-ci illərdə ardıcıl 28 matçda uduzmayan “Kəpəz”ə məxsus idi.

Həmin kateqoriyadan