Ölkə çempionu “kimyaçılar”ı baş arenada qəbul edəcək?

“Qarabağ” Premyer Liqasının 8-ci turunda “Sumqayıt”ı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etməyi planlaşdırır. Allsport.az saytı xəbər verir ki, bu qarşılaşma oktyabrın 15-də baş tutacaq.

Ağdam klubu “kimyaçılar”la bu idman qurğusunda görüşməklə, həm də Avropa Liqasının qrup mərhələsində  Yunanıstan PAOK-u ilə matç (20 oktyabr) öncəsi yenilənmiş qazonu sınaqdan keçirmək, arenaya uyğunlaşmaq məqsədi güdür.

Qeyd edək ki, “Qarabağ”ın öz stadionunda təmir işləri aparıldığından “atlılar” rəqiblərini Masazırda “Əlincə Arena”da qəbul edir.

Həmin kateqoriyadan